16 Dekabr 2018 23:29
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub.

Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib.

XXX

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay Gürcüstanda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşüb.

Bu barədə Türkiyə mediası informasiya yayıb.

Mətbuata qapalı şəraitdə keçən görüşdə R.T.Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı münasibətlərin iki ölkənin əlaqələrini daha da möhkəmləndirdiyi vurğulanıb.


Müəllif: Teleqraf.com