18 Dekabr 2018 13:01
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov son günlər Azərbaycan hakimiyyətinə qarşı təhqir və söyüş kampaniyası aparan şəxslərin hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, S.Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat həmkarlarını da susqun qalmamağa səsləyib:

“Son günlər xaricdə gizlənən bir qrup tərbiyəsiz ünüsrlər ağızlarına gələni danışırlar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və ayrı-ayrı məmurlar haqqında təhqiramiz ifadələr səsləndirirlər. Axı biz niyə onlara cavab verməməliyik? Bəzən eşidirəm ki, deputatlar onların səviyyəsiniə düşmək istəmədiklərini söyləyirlər. Bu, doğru yanaşma deyil. O ünsürlər burada oturan hər bir deputatı təhqir edir. Biz niyə susmalıyıq? Hesab edirəm ki, ölkəmizin bütün ziyalıları, alimləri, deputatları onlara cavab verməlidir. Bu adamlar Azərbaycanın xalq hərəkatında da iştirak etməyiblər. Mən buradan hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, Azərbaycan prezidentini və onun ailə üzvlərini, məmurları təhqir edən bu ünsürlərə qarşı ciddi tədbirlər görülməlidir”.

Komitə sədri təklif edibb ki, sözügedən şəxslərlə bağlı həmin ölkələrin hüquq-mühafizə orqanlarına müraciət edilməlidir:

“Əgər mübarizə aparmaq istəyirlərsə, bunun sivil və demokratik yolları var. Daha təhqirə əl atılmamalıdır. Mən bütün deputatlara müraciət edirəm ki, hər biriniz həmin adamlara qarşı mövqeyinizi bildirin. Daha “onların səviyyəsinə düşmək istəmirəm” deyib vəziyyətdən yayınmayın”.


Müəllif: Cavad

Oxşar xəbərlər