18 Dekabr 2018 13:12
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komitə sədri, deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, komitə sədri parlamentin plenar iclasında çıxışı zamanı deyib ki, İlham Rəhimov iki gündən bir “Yeni Müsavat” qəzetində deputatları ittiham edir:

“O, əsasən Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu işlər görmüşəm. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyəti ilə yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da”.


Müəllif: Cavad