19 Dekabr 2018 09:01
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi Moskvanın İrəvana yeni müqavilə təklifi Rusiyanın rəqiblərinin bölgədə aktivliyinin artması ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Əjdər Kurtov Rusiya xarici işlər naziri Sergey Lavrovun fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, indiyədək Rusiya və Ermənistan arasında imzalanmış hərbi anlaşmaların zəmanəti yoxdur:

“Moskva İrəvanla ona görə yeni müqavilə imzalamaq istəyir ki, indiyədək tərəflər arasında əldə edilmiş anlaşmalara zəmanət yoxdur və bu da xarici ölkələrin öz hərbi kontingentlərini Ermənistanda yerləşdirmək ehtimalını gücləndirir.

Digər yandan, Ermənistan Rusiya da daxil olmaqla, KTMT-yə üzv olan digər dövlətlərin öz ərazilərində yerləşdirilmiş hərbi qüvvələrindən imtina edə bilər. Bir tərəfdən isə keçmiş Rusiya imperiyası və SSRİ-yə daxil olan respublikaları NATO daxilinə çəkməyə çalışırlar. Rusiyanın rəqibləri bölgədə bu istiqamətdə fəallaşıblar”.

Kurtov hesab edir ki, Rusiya və Ermənistan arasındakı hərbi müqavilələrin zəmanət altına alınması, başqa ölkələrə burada hərbi baza qurmağa imkan verməyəcək.

Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov rəsmi Moskva və İrəvan arasında digər ölkələrin hərbi kontingentinin Ermənistanda yerləşdirməsinə mane olan yeni müqavilə imzalanmalı olduğunu açıqlayıb.

Lavrovun açıqlaması rəsmi İrəvanın etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər