22 Dekabr 2018 09:29
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi qüvvələrini Suriyadan çıxaran ABŞ bu ölkədəki mövqelərini qorumaq üçün alternativ vasitələrdən istifadə edəcək.

ABŞ hərbi qüvvələrinin Suriyadan geri çəkilməsi haqda Teleqraf.com-a danışan politoloq Vüqar Zifəroğlu belə deyib.

Politoloq Amerikanın öz maraqlarını müdafiə etmək üçün bölgədə etnik və dini əsaslı hərbi birliklər qurduğuna diqqət çəkib:

“Əsas müzakirə mövzusu ABŞ-ın Suriyadakı quru qoşunlarını müəyyən bölgələrdən çıxarılmasından gedir. Bu çıxarılma prosesi mərhələli formada həyata keçiriləcək. Yəni bu o demək deyil ki, ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə çıxarıb geri çəkiləcək. ABŞ Yaxın Şərq və Suriyadakı maraqlarını qurban verməyəcək. Vaxtilə İraq və Əfqanıstanda olduğu kimi, ABŞ Suriyadakı qoşunlarını da geri çəkir.

Sual oluna bilər ki, hərbi qüvvələrini çıxaran ABŞ Suriyadakı mövqelərini necə qoruyacaq? Hazırda bölgədə ABŞ-ın maliyyələşdirdiyi, formalaşdırdığı və hər cür dəstək verdiyi silahlı qruplaşmalar var. Həmin birliklər arasında silahlı islami və kürd qruplaşmaları mövcuddur. ABŞ vaxtilə İraq və Əfqanıstanda qurduğu bu kimi qruplaşmalar vasitəsilə, indi bu ölkələrdə öz mövqelərini qoruyur. Əsas söhbət Amerikanın öz qoşunlarını Suriyadan çıxarmaqdan gedir, öz maraqlarından geri çəkilməkdən yox”.

Qeyd edək ki, Prezident Donald Tramp Suriyadakı ABŞ hərbi qüvvələrinin çıxarılacağını açıqlayıb. Prezidentin bu qərarı Pentaqon və Konqresin etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər