24 Dekabr 2018 12:28
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən hiss edirəm ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üzrə daha əlverişli atmosfer formalaşdırılacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

Onun sözlərinə görə, bu il heç nə nəticəsiz qalmayıb:

“Bunun üçün artıq əsaslar ortaya qoyulub. Siz bilirsiniz ki, münaqişə tərəfləri arasında ən yüksək səviyyədə görüşlər keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında da görüşlər baş tutub”.

Rusiyalı diplomat bu yaxınlarda bu mövzuda Azərbaycan xarici işlər nazirinin qiymətləndirməsini eşitdiyini söyləyib:

“Bilirəm ki, gələn ay daha bir görüş planlaşdırılıb. Rusiya belə bir tendensiyanı dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi biz bundan sonra da belə görüşləri dəstəkləyəcəyik”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər