24 Dekabr 2018 18:05
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq və dəniz turizmini inkişaf etdirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

Diplomat bu ilin avqustunda Astanada Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı ölkələrin dövlət başçılarının imzaladığı Konvensiyanı tarixi hadisə kimi qiymətləndirib: “Mənə çox xoşdur ki, Azərbaycanda da bu, ilin ən önəmli siyasi hadisələrindən biri kimi dəyərləndirilir”.

Səfirin sözlərinə görə, ölkələr Xəzər dənizi hövzəsində nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir: “Rusiya və Azərbaycan Xəzər dənizi üzərində Olya limanı ilə Azərbaycanın limanı arasında dəniz nəqliyyat xəttinin açılması üzərində ciddi düşünür.

Eləcə də Xəzər dənizində dəniz kruizi turizminin inkişafını planlaşdırırıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər