“Ermənistan Rusiya ilə hərbi-texniki sahədə Rusiya ilə strateji əlaqələrini dərinləşdirməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Demokratlar Partiyasının lideri Arama Sərkisyan deyib.
O, Rusiya istisna olmaqla, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan digər dövlətlərlə yaxşı münasibətlərə malik olmadığını bildirib:
“Rusiya ilə əlaqələri genişləndirməliyik. Lakin bu, KTMT-yə üzv digər dövlətlər üçün keçərli deyil. Çünki həmin ölkələr Ermənistanın bölgədəki rəqibi (Azərbaycan) ilə yaxın əlaqələr qurublar. Onlarla dost ola bilmərik”.