8 Yanvar 2019 18:30
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerikalı diplomatların fantaziyaları sərhəd tanımır, Pol Qobl deyib ki, Moskva Azərbaycanı əldə edəcəyinə əmin olsa Ermənistanı satacaq, Metyu Brayza isə bildirib ki, Nikol Paşinyan Qarabağ münaqişəsinin həllində risqə gedə bilər".

Teleqraf.com xəbər verir ki, bu fikirlər siyasi ekspert Elxan Şahinoğluna məxsusdur.

Onun sözlərinə görə, nə Moskva Qoblun təbirincə desək Ermənistanı “satmağa” hazırdır , nə də Brazyanın təbirincə desək Paşinyanın “risqə” getmək istəyi var: "Çünki risqə getsə hakimiyyətini itirəcək, Moskvanın dəstək verdiyi “Qarabağ klanı” pusqudadır, məqam axtarır ki, Paşinyana zərbə endirsin. O ki qaldı, Moskvanın Azərbaycanı “əldə etməsinə”, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü də müzakirə etməyə hazırdır. Daha hansı addım atılmalıdır ki, Moskva Bakının səmimiyyətinə inansın? Məsələ bunda deyil. Moskva həm Azərbaycanı, həm də Ermənistanı əldə tutmaq istəyir, Dağlıq Qarabağ münaqişəsi elə məhz buna görə həll olunmur".


Müəllif: Teleqraf.com