11 Yanvar 2019 16:51
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də ölkədəki reallığı əks etdirməyən fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, Paşinyan bu dəfə başçılıq etdiyi hökumətin “qəhrəman”lığı barədə öz Feysbuk səhifəsində məlumat yayıb.

Səfalət içində boğulan ölkə rəhbəri qeyd edib ki, guya daha şiddətli gözləntilərə rəğmən infilyasiyanın artmasının qarşısı alınıb:

“Bir ara göstəricilər çox həyəcanverici idi, amma hakimiyyət və Mərkəzi Bank qiymət artımının qarşısını ala bildi. Ermənistan hökuməti və Mərkəzi Bank inflyasiyanı aradan qaldırdı”.

"Verilən proqnozlara görə, 2018-ci ildə inflyasiya təxminən 3,5-5% ehtimal edilirdi, amma cəmi 1,8% oldu", - deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Bankının Şura üzvü Artur Stepanyan ötən ilin dekabrında verdiyi hesabatda inflyasiyanın gözləniləndən daha az olduğunu və bu tendensiyanın azı bir neçə ay davam edəcəyini söyləmişdi.

Lakin həqiqən bundan ibarətdir ki, Ermənistanda hökum sürən iqtisadi tənəzzül, əhalinin dözülməz yaşayış səviyyəsi, işsizlik və s. ölkədaxili problemlər heç də Paşinyanın, o cümlədən Stepanyanın dediklərilə üst-üstə düşmür.


Müəllif: Nərgiz