15 Yanvar 2019 09:23
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Nokol Paşinyan və onun lideri olduğu “Mənim addımım” bloku rəsmən və hüququ baxımdan Ermənistanda hakimiyyəti əldə edib. Çoxları Paşinyanın böyük addımlar atacağı, hansısa uğurlar qazanacağını deyir. Ancaq mənfim fikrimcə, Paşinyan Ermənistanı əvvəlki Ermənistandan heç nə ilə fərqlənməyəcək.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistanın yeni tərkibdə parlamentinin açılışı və Paşinyanın baş nazir seçilməsini şərh edərkən deyib.

Partiya sədri deyib ki, Ermənistandan heç nə gözləmir: “Əsas məsələ odur ki, müasir Ermənistan müstəqil siyasət aparmır. Bu ən vacibidir. Ermənistanın taleyini yeni erməni hakimiyyəti deyil, Rusiya həll edir. Rusiyanın da regionda siyasəti, maraqları bizə məlumdur. Aydın məsələdir ki, Rusiya Ermənistanı son ana qədər yanında saxlamaq, təsir dairəsindən buraxmamaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yubadacaq. Paşinyan layihəsi isə sadəcə olaraq Sərkisyan rejimindən bezən ermənilərin köpünü almaq üçün ortaya atılmışdı. Və hesab edirəm ki, Paşinyanın ortaya çıxarılması ilə ermənilərin köpü müəyyən qədər alındı. Bu mənada Ermənistandan müsbət nəsə gözləməyə dəyməz. Əgər yeni erməni hökuməti müstəqil siyasət aparmaq haqqında düşünərsə, yalnız bu zaman nəsə demək mümkündür. İndilikdə biz sadəcə olaraq Ermənistanda hakimiyyət dəyişikliyi və inqilabi prosesin son mərhələyə daxil olduğunu deyə bilərik”.

Sərdar Cəlaloğlu hesab edir ki, Ermənistanın müstəqil dövlət olması haqda iddialar yanlış düşüncədir. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlişinin rəsmiləşdirilməsi Ermənistan daxilində xüsusi uğurlara səbəb ola bilməz: “Sadəcə olaraq Ermənistan hakimiyyətini bir klan tərk edir və onu başqa bir klan əvəzləyir. Beləcə Sərkisyan vaxtından qalan komanda, onun yerli idarələrdə mövqe tutan kadrları təmizlənəcək, əvəzində yeni simalar ortaya çıxacaq. Ancaq erməni xalqının yeni hökumətdən gözləntisi həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bunun həlli isə real görünmür”.


Müəllif: Cavad