15 Yanvar 2019 14:05
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bank kartı (“Rusiya”) vasitəsilə maaş və hərbi pensiya alır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Putinin ildə bir neçə dəfə nağd puldan istifadə etdiyini də açıqlayıb:

“Putin ildə bir-iki dəfə nağd puldan istifadə edir. Məsələn, xizək sürmək üçün dağa gedəndə nağd puldan istifadə edir”.

O, Rusiya prezidentinin sensorlu telefonunun olmadığına da diqqət çəkib: “Həqiqətən də, dövlət başçısının smartfonu yoxdur. Bu, bir insanın nə qədər şəffaf fəaliyyət göstərdiyini göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu