16 Yanvar 2019 11:17
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Suriya ilə sərhəd boyunca təhlükəsizlik bölgəsi yaratmaq istəyir, ABŞ və Rusiya bunun əleyhinə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni yanvarın 23-də rusiyalı həmkarı Vladimir Putinlə Moskvada müzakirə edəcək:

“Əlbəttə, Ankaranın məramı aydındır. Ancaq tampon bölgə Suriyada PKK-YPG-PYD problemini həll etməyəcək. Çünki həmin güclər tampon bölgəyə daxil olmasalar da, özlərinin nəzarətindəki bölgədə güclənəcəklər. Bu isə o deməkdir ki, Ankara mövcud reallığı nəzərə alaraq, bütün Suriya ərazilərində PKK uzantılarına qarşı genişmiqyaslı hücum əməliyyatı reallaşdıra bilməyəcək.

Ancaq Ankaranın bir uğurunu da qeyd etmək lazımdır. Vaşinqton necə vaxtdır deyirdi ki, “Rusiyadan “S-400” raketləri alsanız, sizə “Patriot” raketlər satmayacağıq”. Lakin Türkiyə hazırda həm Rusiyadan, həm də ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa hazırlaşır”.


Müəllif: Mənsur Rəğbətoğlu