17 Yanvar 2019 15:40
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar il ərzində səmərə verməyə bilər. Çünki Ermənistanın yeni hakimiyyəti də imitasiya siyasətini davam etdirmək niyyətində olduğu görünür.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, Ermənistanın imitasiya siyasətinə adekvat olaraq Azərbaycan siyasi cəhdlərlərlə yanaşı, müharibə hazırlığını da davam etdirməlidir:

“Bu baxımdan, hesab edirəm ki, Azərbaycan döyüş əməliyyatlarına tam hazırdır və regional şərtlər də getdikcə Azərbaycanın lehinə formalaşır. İstənilən yolla işğaldakı ərazilərini azad etmək Azərbaycanın hüquqi haqqıdır.

Qənaətimə görə, müzakirə prosesi Minsk qrupu çərçivəsində davam etdikcə, mübət nəticə gözləməyə dəyməz. Buna görə də, Azərbaycan öz hərbi imkanlarını gücləndirib və son sözü də ordumuz deyə bilər”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu qısa vaxtda məğlub etmək iqtidarındadır: “Buna baxmayaraq ehtiyatda olan hərbi qulluqçularımız və hərbi mükəlləfiyyət daşıyan vətəndaşlarımız ildə bir dəfə hərbi təlimlərə cəlb edilməlidir. Onlara müasir silahlardan istifadə etməyi öyrətmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu