19 Yanvar 2019 11:34
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin növbəti qərəzli bəyanatı adi bir kağız parçasından çox əhəmiyyət kəsb etmir. Avropa Parlameti dəfələrlə Azərbaycana qarşı əhəmiyyətsiz, heç bir hüquqi əsası olmayan bəyanatlar qəbul edib. Qurumun üzvləri bu cür sənədlərlə iş görürmüş kimi özlərinə təsəlli verirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə danışarkən deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti nə 20 Yanvar faciəsi və Xocalı soyqırımı, nə də 1 milyon qaçqın və məcburi köçkün barədə normal hüquqi qərar qəbul edib: "Lakin Azərbaycan haqqında qərəzli, böhtan,iftira dolu bəyanat səsləndiriblər.

Bu gün Avropada baş verənləri bütün dünya izləyir. Orada insan hüquqları pozulur, insanlara işgəncələr verilir, amma bu kimi hallar normal qarşılanır. Cinayət törətmiş Mehman Hüseynov isə Avropa üçün milli qəhrəmana çevrilib. Bir Azərbaycan vətəndaşı kimi qərəzli qətnamə qəbul edən Avropa Parlamentinin yerinə xəcalət çəkirəm".


Müəllif: Nərgiz