22 Yanvar 2019 12:28
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Planlı, ciddi düşünülmüş, götür-qoy edilmiş, yaxın və uzunmüddətli strategiyası olan siyasi mübarizələr nəticə verir. Aparılan araşdırmalar, ortada olan siyasi müşahidələr və fikirlər onu göstərir ki, Əli Kərimlinin taktikası qısamüddətli və ani nəticələrə xidmət edir. Bu üsul uzunmüddətli nəticələrə apara bilməz və bunun ən böyük sübutu onun 1988-ci illərin sonlarından mübarizə meydanında olması, hələ də eyni metod və taktikalardan istifadə edilməsidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

Partiya sədrinin sözlərinə görə, özünəvurğunluq, kütlə qarşısında özünü kral kimi görmə hissi, siyasi çəkisi və şəxsi maraqlarına xidmət edən gedişləri xalqın istəyinə və narazılığına bağlamaq cəhdini hər siyasətçi bacarmır:

“Bunu hamı bacarmır, amma o bacarır. O bacarır ki, özünü xilaskar kimi göstərsin. Xalqın ürəyində nisgilə çevrilən problemləri də bəlağətli şəkildə dilinə gətirir. Adam bunu bacarır. Amma onun başqa bacarıqları da var. Özünün olmadığı, onun maraqlarına xidmət etməyən digər təşkilatları və təşəbbüsləri məhv etmək, siyasətçiləri ləkələmək və xalqın gözündən salmaq...

Elə məni də xalqın gözündən salmaq üçün gecə-gündüz özü və zombiləşmiş ətrafı saxta profillərlə, bəzən öz adları ilə təhqir və şər-böhtan yağdırıblar. Lakin bu vacib deyil, biz haqq bildiyimiz yolda gedir, xalqımıza, millətimizə və dövlətçiliyimizə səmimiyyətlə qulluq edirik”.

Əli Kərimlinin uzağı görə bilmədiyini bildirən Razi Nurllayev qeyd edib ki, o, miopiya (uzağı görməmə xəstəliyi) xəstəliyinə tutulub: “Çətin ki, bu xəstəlikdən sağalsın. Ona yaxın duranları da bu xəstəliyə yoluxdurur. Xəstələnmək istəməyənlər isə ondan uzaq gəzir”.


Müəllif: Mənsur Rəğbətoğlu