23 Yanvar 2019 16:57
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istəyi hələlik naməlum qalır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hayk Martirosyan deyib.

Ekspertə görə, görüşün Ermənistan üçün hansı fayda verəcəyi də bəlli deyil:

“Bu gözlənilməz görüşün Ermənistan üçün faydalı tərəfi hansıdır? Niyə Ermənistan hakimiyyəti bu barədə danışmaq istəmir, ictimaiyyətə açıqlama vermək istəmir?

Son günlərdəki aktivliyin səbəbi nədir? O, nə üçün çalışır?”.

Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu