5 Fevral 2019 14:58
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən ilin dekabrından başlayaraq dövlətimiz növbəti qara PR kampaniyası ilə üz-üzədir. Bu kampaniyanın xaricdən, imperialist güclər tərəfindən idarə olunduğu birmənalıdır. Çünki xaricdə formalaşdırılmış söyüşcül vətənsizlər şəbəkəsi ilə, daxildə olan xaos müxalifəti eyni vaxtda hərəkətə gətirildi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Hilal” İctimai Birliyinin rəhbəri Arzuman Abdulkərimov deyib.

Onun sözlərinə görə, nəticədə xaos müxalifəti yanvarın 19-da əvvəlkindən daha mütəşəkkil səviyyədə təşkil olunmuş mitinq keçirdi: “Səbəb isə radikallara xaricdən ötürülən maliyyənin artırılması idi. Bundan ruhlanan xaosçular 20 Yanvar hüzn günündə Şəhidlər xiyabanında öz xislətlərinə uyğun olaraq qarşıdurma yaratmaq istədilər.

Bu niyyətləri də baş tutmadı. Son olaraq yanvarın 31-də böyük Rəsulzadənin doğum günündə, Novxanı kəndində növbəti dəfə hay-küy salmaq istədilər. Bu da alınmadı. Göründüyü kimi bunlar üçün müqəddəs heç nə qalmayıb. Hər fürsətdə hakimiyyətin üzərinə getmək, bütün hallarda hakimiyyəti şər və böhtanlara məruz qoymaq istəyirlər”.

Arzuman Abdulkərimov vurğulayıb ki, xaricdən təzyiqlər artan zaman, adətən, iqtidarda olanlar xalqı meydanlara səsləyərək imperialistlərə öz gücünü göstərir, xalq mənim arxamdadır mesajını verir: “Ümummilli lider Heydər Əliyev 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart hadisələrində xalqa müraciət edərək dövlətimizi növbəti kataklizmlərdən qorudu. Qardaş Türkiyədə 2015-ci il hadisələrində Rəcəb Tayyib Ərdoğan eyni cür davranaraq, xalqı meydanlara səslədi və dövlətini qorudu.

Bu kimi hallarla bağlı çox sayda misallar çəkmək olar. Xarici havadarlarından güc və para alaraq, 5-10 min adamı meydanlara yığaraq, havalanan xaosçulara yerlərini göstərmək lazımdır. Bunun üçün dövləti və dövlətçiliyi, eyni zamanda siyasi partiya, gənclər təşkilatları, QHT-lər də daxil olmaqla iqtidarı dəstəkləyən qüvvələrin birgə mitinqini təşkil etmək lazımdır.

Bununla biz həm imperialist güclərə, həm də xaosçulara, xalqın dövlətin və iqtidarın yanında olduğunu göstərmiş olarıq. Biz hazır! Yaşasın Müstəqil Azərbaycan!”


Müəllif: Leyla

Oxşar xəbərlər