6 Fevral 2019 14:59
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təklif edirəm ki, Dağlıq Qarabağa ən yüksək status verilərkən bir məsələ də nəzərə alınsın. Ətraf 7 rayondan başqa daha bir neçə rayon da ora qatılsa, bu, ermənilərin azlıqda qalmasına səbəb olacaq və onlar gələcəkdə bizə qarşı baş qaldıra bilməyəcklər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, bu halda ermənilər referendum keçirmək istəsələr, say azərbaycanlılarla müqayisədə az olacaq:

“Məsələn, gürcülər Cavaxetiyada erməni separatizminin qarşısını almaq üçün gürcülərin sayca cox olduğu Samsxe və Borjomini Cavaxetiyaya birləşdirdilər. Nəticədə, ermənilərin separatçılıq planlarının qarşısı alındı.

Biz də bunu vaxtında etməli idik. Yenə də gec deyil. Çünki o torpaqlar azad olunacaq. Biz elə etməliyik ki, 100 il sonra bizim başımıza gələnlər gələcək nəsillərin başına gəlməsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər