8 Fevral 2019 19:13
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda sosialyönümlü siyasət günü-gündən genişlənir”.

Bu barədə Teleqraf.com-a siyasi ekspert Azər Həsrət Azərbaycan prezidentinin minimum əmək haqqının artırılması haqqında sərəncamını şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlətin vətəndaş üzərində qayğısının artırılması, insanların rifah halının yüksəldilməsi üçün tədbirlər görülür:

“Bu tədbirlər də mərhələ-mərhələ həyata keçirilir. Bəzi adamlar iddia edirlər ki, hər şey qəfildən olmalıdır, amma bu mümkün deyil. Bu baxımdan da, cənab prezidentin minimal əmək haqqının artırılması ilə bağlı sərəncamı da öz yerini tapdı. Əlbəttə, biz bu cür addımları təqdir edirik. Hər kəsi də təmkinli olub, bu cür addımların genişləndirilməsi üçün bir qədər gözləməsini istərdik.

Əsas odur ki, cənab prezidentin diqqəti həmişə insanlarımızın üzərindədir, onların gündəlik qayğılarını düşünür. Bu yöndə də addımlar atır. Bizim də vəzifəmiz bu cür addımları təqdir etməkdir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev minimal əmək haqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər