9 Fevral 15:50

Azərbaycan-Rusiya əlaqələri çox uğurla inkişaf edir, çox yüksək səviyyədədir. Əlbəttə, bu uğurların təməlində ölkə rəhbərlərinin siyasi iradəsi dayanır.

Teleqraf.com xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərmaş ASC şirkətinin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimindəki çıxışı zamanı deyib.

“Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Həm siyasi, həm enerji, həm də nəqliyyat, sənaye, sərmayə və ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsində 20 faizədək artım olub. Bu gün biz Azərbaycan-Rusiya əməkdaşlığının yeni bir nümunəsi ilə tanış olduq. Hacıqabul Sənaye Məhəlləsində açılan zavod Rusiya texnologiyalarına əsaslanacaq”, - nazir bildirib.

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin zavodun açılışının əlamətdar hadisə olduğunu deyib:

“Bu uğur prezidentlərin danışıqlarının reallaşmasını göstərir. Keçən ilin sentyabrında strateji əməkdaşlığın inkişafı üzrə işlər planı imzalanmışdı. Biz görürük ki, bu razılaşmalar addım-addım həyata keçirilir və hazırda zavodun tikintisinə başlanılıb. Bu layihələr həm Azərbaycan, həm də Rusiyaya üçün gəlirlidir”.


Müəllif: Teleqraf.com
loading...