9 Fevral 2019 16:19
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Minimum əməkhaqqının artırılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmli hadisədir”.

Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu sərəncam respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Onun sözlərinə görə, sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır.

“Bununla da, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması təmin edilib. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək”- deyə, deputat qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər