9 Fevral 17:48
234

"Azərbaycanda minimum əməkhaqqının artırılması çox müsbət hadisədir. Bu artımdan minlərlə insan yararlanacaq. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu addımı əhalimizin sosial durumuna müsbət təsir göstərəcək. Prezident bu addımı ilə bir daha xalqın yanında olduğunu nümayiş etdirdi. Fikrimcə, bu hadisəni ancaq dəstəkləmək olar”.

Bu fikirləri professor, Milli Məclisin deputatı Fəzail İbrahimli ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamını Teleqraf.com-a şərh edərkən deyib.

Deputat qeyd edib ki, prezidentin bu addımı hamı tərəfindən dəstəklənir:

“Bu, faktiki insanlara diqqətin göstəricisidir. Bu qərarla insanlarımızın büdcəsinə pul daxil olacaq. Dövlət başçısı sosial-iqtisadi islahatların fonunda əməkhaqlarını, təqaüdləri artırır. Sərəncam da dırnaqdan-başa qədər müsbət addımdır. Hesab edirəm ki, bu addım əhalimizin sosial rifah halına müsbət təsir göstərəcək”.

Professor əlavə edib ki, bu qərar təqaüd alan hər bir insanın ürəyindəndir:

“Artırılan əməkhaqqı hətta cüzi olsaydı belə, bu ümumi işin nəfinədir. Bu qərarla minimum əməkhaqqı 38 faizdən çox artırıldı. Mən bir ziyalı kimi bunu dəstəkləyirəm. Çünki bu, xalqımızın ümumi vəziyyətinin yaxşılaşmasına xidmət edir”.


Müəllif: Teleqraf.com
loading...