11 Fevral 2019 21:08
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçiriləcək prezident seçkilərində Rusiyanın dəstəkləyəcəyi namizəd yoxdur. Çünki Ukrayna cəmiyyətində anti-rus ictimai-siyasi rəyi var və bu atmosferdə Rusiyaya yaxın namizədin səs toplaması mümkün deyil”.

Bu sözləri Teleqraf.com-a martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərindən danışan millət vəkili Asim Mollazadə deyib.

Asim Mollazadənin fikrincə, Ukraynanın müstəqilliyini qorumaq ciddi məsələdir.

Onun sözlərinə görə, Ukrayna çox ciddi təhlükələrlə üzləşib və ərazinin müəyyən hissəsi işğal altındadır:

«Belə bir vəziyyətdə ölkənin daxilində də müəyyən gərginlik müşahidə olunur. Eləcə də sosial və iqtisadi gərginliklər özünü göstərir. Bu vəziyyətdə indiki prezident Petro Poroşenko seçkilərə gedir və təbii ki, çox ciddi problemlərlə üzləşir. Ancaq ümidvaram ki, Ukraynada demokratik seçki keçiriləcək və seçkinin nəticələri xalq tərəfindən qəbul olunacaq. Ukrayna xarici siyasətində indiki halda dəyişiklik edə bilməyəcək. Ən azı Krım münaqişəsinin həlli, işğal edilən ərazilərin Ukraynaya qaytarılması şübhə doğurur. Odur ki, həm indiki prezident, həm də yeni seçiləcək prezident ağır vəziyyətlə qarşılaşacaq. Hələlik bu vəziyyətdən çıxış yolu görünmür”.

A.Mollazadə əlavə edib ki, seçkilərdə özünü Rusiyaya yaxın sayan istənilən namizəd məğlubiyyətə düçar olmağa məhkumdur:

“Ona görə ki, ölkədəki ictimai-siyasi rəy indiki mərhələdə Rusiyaya qarşıdır. Hətta Rusiyaya yaxın olan, Moskva tərəfindən dəstəklənən namizəd belə öz proqramında bu məsələni heç vaxt açıqlamayacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər