14 Fevral 2019 14:13
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya parlamentinə “Bozqurd” işarəsi ilə bağlı etiraz notası göndərib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Avstriya parlamentinin qəbul etdiyi “Rəmz qanunu” layihəsində “Bozqurd” işarəsi terrorçu PKK qruplaşmasının rəmzi ilə eyni siyahıya daxil edilib.

Türkiyə Xarici İşlər Nazirliyi bunun qəbuledilməz olduğunu vurğulayaraq Avstriya parlamentinin bu addımını sərt şəkildə qınadığını bildirib. Nazirlik Avstriya ali qanunverici orqanının “Bozqurd” işarəsinə münasibətini “populist”, “qalmaqal yaradacaq” hadisə adlandırıb. Bildirilib ki, parlamentin qəbul etdiyi bu qanun layihəsi 2019-cu il martın 1-də qüvvəyə minəcək.

“Avstriya ağıl və məntiqdənkənar qərarıyla, sadəcə, bu işarədən istifadə edən partiya və onun dəstəkləyənləri deyil, bütün siyasət qurumunu və qanuni siyasətin əsasını hədəf alıb. Avstriyanın bu hərəkətinin ikitərəfli əlaqələrimizə ciddi mənfi təsiri olacaq. Avstriyanın populizmi körükləyən dalan siyasətindən əl çəkərək bu yoldan dönməsini gözlənilməkdədir. Əlaqələrimizdə fanatizm və populizmin yerini sağlam ağıla verməsi vacibdir”, - notada qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər