15 Fevral 2019 21:00
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab İlham Əliyevin fevralın 14-də imzaladığı sərəncamla doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılmasını çox müsbət hal hesab edirəm”.

Bunu Teleqraf.com-a açqılamasında Milli Məclisin Regional siyasət komitəsinin üzvü Azər Badamov deyib.

O bildirib ki, qeyd olunan sahələr üzrə təqaüdlərin artırılmasında məqsəd bu kateqoriyadan olan insanlara dövlət qayğısını artırmaq və sosial müdafiəsini gücləndirməkdən ibarətdir:

“Bundan əlavə ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla fərqli şəkildə ödənilməsinin həyata keçirilməsinin nəzərdə tutulması bu sahələrdə təhsil alanların arasında rəqabət mühiti yaradacaq və daha savadlı mütəxəssislər kimi formalaşmasına həvəsləndirəcək. Sərəncamla təqaüd alacaq tələbələrin sayının artırılmasının nəzərdə tutulması sosial müdafiəyə daha çox ehtiyacı olan tələbələrin təminatının yaxşılaşmasına öz töhfəsini verəcək”.

A.Badamov onu da bildirib ki, Azərbaycan gəncliyi hər zaman dövlət qayğısı ilə əhatə olunub:

“Gənclərimizin inkişafı, dövlət idarəetməsində rolunun artırılması və öz potensialını təqdim etmə imkanlarının genişləndirilməsi ölkəmizi daha da inkişaf etdirəcək və möhkəmlədəcək. Cənab prezidentin qeyd etdiyi kimi, biz savadlı, intellektli, saf düşüncəli və ölkəmizin gələcəyini etibar edə biləcək gənc nəsil yetişdirməliyik. Tələbələrin təqaüdlərinin artırılması da gənclərimizin sosial müdafiəsini yaxşılaşdırmaqla savadlı, təhsilli gənc nəslin yetişməsində öz töhfəsini verəcək. Bu sərəncamların imzalanmasını Prezident İlham Əliyevin gəncliyin yanında olmasının və hər zaman gənc nəslin taleyini düşündüyünün göstəricisi də hesab etmək olar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər