15 Fevral 2019 18:37
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-23-də Özbəkistanın Tikinti nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə gələcək nümayəndə heyətinin tərkibində Özbəkistanın Tikinti Nazirliyinin və bir sıra digər dövlət orqanları və şirkətlərinin rəsmiləri daxildir.

Şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirilən dövlət siyasəti, qanunvericilik, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində ölkəmizin təcrübəsi ilə yaxından tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək məqsədilə Özbəkistan nümayəndə heyətinin bir sıra aidiyyəti dövlət qurumlarının rəhbərliyi və ekspertləri, habelə özəl sektor nümayəndələri ilə görüşləri planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər