20 Fevral 2019 10:06
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soyuq müharibə” illəri olsaydı, Türkiyə ABŞ və digər Qərb dövlətlərinin ardınca Xuan Quaydonu Venesuellanın müvəqqəti prezidenti kimi tanıyardı. Ancaq Ankara Nikolas Maduronu Venesuela prezidenti kimi tanıyır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Nikolas Maduronu Venesuelanın qanuni hökumət başçısı kimi tanımasının bir neçə səbəbi var:

“Birincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünə mənəvi borc bilir ki, Maduronu dəstəkləsin. Çünki Türkiyədə hərbi çevrilişə cəhd zamanı Ərdoğana zəng edib onu dəstəkləyən ilk prezidentlərdən biri məhz Maduro idi. İkincisi, Maduronun Türkiyəyə sevgisi var, türk seriallarının aşiqidir. Üçüncü səbəb isə odur ki, dövran dəyişib, Ankara Vaşinqtonun hər dediyini etmir, tam əksinə bir çox məsələdə tərs düşüblər.

Buna baxmayaraq, Ərdoğana yaxın türkiyəli ekspertlər belə hesab edirlər ki, Maduro-Quaydon mübarizəsində ikincinin qələbə çalmaq şansı çoxdur, çünki müxalifət liderinin arxasında Amerika və onun kəşfiyyat maşını dayanıb və Venesueladakı ağır iqtisadi və sosial vəziyyət Maduronun xeyrinə deyil. Demək, bir müddət keçdikdən sonra Ankara bir nəfərə verdiyi dəstəyə görə Misirlə münasibətlərdə olduğu kimi, Venesuela ilə də ipləri qoparmalı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər