21 Fevral 2019 13:32
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qaz Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsinin, xüsusən də Avropa ilə sıx enerji əməkdaşlığının göstəricisidir. Bu enerji əməkdaşlığı siyasi əməkdaşlığı da özündə ehtiva edərək, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına zəmin yaradır. ABŞ da Azərbaycanın enerji siyasətinə yaxından dəstək veriməklə öz nümayəndəsini bu toplantıya göndərib”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oyanayan ölkədir:

“Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq Avropaya ildə 16 milyard kubmetr qaz ixrac edəcək. Hazırda Cənub Qaz Dəhlizi boru kəmərinin çəkilişi başa çatıb və bu xətlə Türkiyəyə qaz ixrac edilir. TANAP və TAP kəmərlərində də işlər yekunlaşmaq üzrədir.

Bu kəmər vaditəsilə təkcə “Şahdəniz-2” yatağındakı resurslar yox, Mərkəzi Asiya qazı Avropaya nəql ediləcək.

Qeyd edim ki, Türkmənistan və Qazaxısatanın Cənub Qaz Dəhlizinə qoşulmasına əngəl olan əsas ölkə Rusiyadır. Hazırda isə Rusiya Avropanın əsas qaz ixracatçısıdır. Rusiyanın Türkiyə vasitəsi ilə həyata keçirdiyi “Türk Axını” və Almaniya ilə birgə reallaşdırdığı “Şimal Axını-2” qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçağıdır. Buna görə də, Avropa Rusiya qazından imtina etmək üçün enerji təminatında şaxələndirmə siyasəti aparır. Azərbaycana dəstək də bu qəbildəndir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Bakıda keçirilən Məşvərət Şurasının toplantısının siyasi-iqtisadi əhəmiyyəti olduqca yüksəkdir və bu, Mərkəzi Asiyanı da əhatə edir:

“Bakı Qərb üçün Mərkəzi Asiya regionuna açılan əsas qapıdır. Buna görə də, Rusiya Azərbaycanın Avropaya qaz ixrac etməsinin qarşısını almağa çalışır. Bir müddət əvvəl İtaliyada TAP layihəsinə qarşı keçirilmiş etirazlar da buna misaldır.

Qərb isə Xəzər bölgəsindən sonra Şərqi Aralıq dənizi və İsraildə kəşf olunan qaz yataqlarının istismara verilməsindən sonra rus qazından imtina etməyi planlaşdırır. Göründüyü kimi Avropanın enerji bazarı uğrunda rəqabət getdikcə qızışır və yeni mərhələyə qədəm qoyur. ABŞ və Avropa bu məslədə Azərbaycana dəstək verməklə, ölkəmizin uzun illər qitənin eneri təminatında rol oynamasına şərait yaradacaq. Bu da Azərbaycanın Avropaya inteqrsiya prosesini sürətəndirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər