21 Fevral 2019 18:42
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün bir uğur hekayəsi, gözəl təcrübə və örnəkdir.

Bunu Trend-ə Milli Məclis sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Mehriban Əliyevanın fəaliyyəti bugünkü ictimai-siyasi həyatda iştirak edən hər kəs üçün çox böyük nümunədir.

Vitse-spiker qeyd edib ki, Mehriban Əliyeva Birinci-vitse-prezident kimi iki illik fəaliyyəti ərzində Azərbaycan qadınlarının təmsilçisi olaraq, ictimai-siyasi fəaliyyətdə özünəməxsus yer qazanmaqla yanaşı, öz fəaliyyəti ilə sosial, iqtisadi inkişafın ən müxtəlif parametrlərinə təsir göstərə bilib:

"Beynəlxalq proseslərin daha çox humanitar sahəsində müasir standartlar yaratmağa qadir olan Mehriban Əliyeva, eyni zamanda, YUNESKO və İSESKO-nun xoşməramlı səfirləri arasında özünəməxsusluğu, fəaliyyətinin genişliyi və nəticələrinin nəzərəçarpan, uğurlu olması baxımından fərqlənib, dünyanın birinci xanımları arasında bu institutu yeni dövr üçün yeni bir inkişaf səviyyəsinə yüksəltmək sahəsində böyük uğurlara imza atıb. İki il əvvəl Mehriban Əliyevanın bu vəzifəyə təyinatı haqqında danışarkən birinci xanımı Azərbaycan qadınının rəsmi dövlət siyasətində sərəncam verən nümayəndəsi, yüksək idarəetmə səviyyəsində təmsilçisi kimi dəyərləndirirdik. İndi isə biz məhz əldə olunan uğurlu nəticələrdən söhbət açırıq. Eyni zamanda, Mehriban Əliyevanın Azərbaycan qadınının qabaqcıl bir nümayəndəsi kimi hakimiyyətdə təmsil olunmasının gender bərabərliyinin təmininə həm ictimai-siyasi, həm sosial-istisadi, həm də mənəvi baxımdan verdiyi töhfələr haqqında danışırıq”.

Heydər Əliyev Fondunun prezidentinin çoxsaylı uğurlara imza atdığını deyən B.Muradova vurğulayıb ki, ötən iki il ərzində ötüb keçən hər bir gün Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatının doğru qərar olmasına şübhə yeri qoymur: “Mehriban Əliyeva bir şəxsiyyət olaraq, öz qarşısına qoyduğu çətin məsələlərin həllinə gücü çatacağına, insanların onu dəstəkləyəcəyinə inanır və bu inamı da doğruldur. Ona görə də hesab edirəm ki, Mehriban xanımın Birinci vitse-prezident kimi iki illik fəaliyyəti Azərbaycanın ictimai-siyasi fəaliyyətinə yeni çalarlar gətirdi, yeni istiqamətlər müəyyənləşdirdi”.

Milli Məclis sədrinin müavini əlavə edib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı və iki il ərzində gördüyü işlər Azərbaycan qadınlarının öz həyatlarını ictimai-siyasi sahəyə bağlamaq istəyini daha da artırıb:

“Mehriban xanım insanların düşüncəsinə mahiyyət etibarilə çox geniş və yeni məfhumlar gətirə bildi. Yəni qadınlar nə qədər zərif məxluq olsalar da, onlar qanunlara, milli adət-ənənə və ailə dəyərlərimizə arxalanaraq çox böyük nailiyyətlər qazana bilərlər. Birinci vitse-prezident hamını birmənalı şəkildə bunun mümkünlüyünə inandırdı. Buna görə də hesab edirəm ki, Mehriban xanımın fəaliyyəti onun səlahiyyət dairəsinə aid olan məsələlər – sosial sahənin inkişafı, təhsil və səhiyyə sahələrindəki çatışmazlıqların aradan qaldırılması, yürüdülən dövlət siyasətinin mərkəzində dayanan insana göstərilən qayğı və diqqət baxımından çox təqdirəlayiqdir.

İndi Azərbaycan qadınları ölkədə siyasətin yalnız kişilər üçün uğurlu olması qənaətində deyillər. Onlar artıq Azərbaycan qadınının yüksək səviyyəyə çatması barədə məlumatların nağıl, əfsanə olması qənaətində deyillər. Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, insan qarşısına məqsəd qoyursa, ən çətin tapşırığın öhdəsindən gələ bilər. Mehriban xanımın fəaliyyəti qadınların Birinci vitse-prezidentin fəaliyyətinin nəticələrindən yararlanmaq, təcrübəsini mənimsəmək istəklərini gücləndirir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər