23 Fevral 2019 20:30
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Rasim Musabəyov fevralın 24-dən 27-dək Rusiya paytaxtında səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, deputat Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fevralın 25-də Moskvada keçiriləcək anım mərasimində iştirak edəcək, tədbirə toplaşanlara Xocalı faciəsi barədə ətraflı məlumat verəcək.

Milli Məclisin digər deputatı Rauf Əliyev də fevralın 24-də Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək. Toplantı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil ediləcək. Yığıncaqda Bolqarıstanın dövlət və özəl qurumları, KİV nümayəndələri, diplomatik korpusun rəhbərləri və digər qonaqlar iştirak edəcəklər.

Milli Məclisin deputatları Elman Məmmədov və Sona Əliyeva isə Xocalı şəhidlərinin anım mərasimində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər