27 Fevral 2019 19:58
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarını danışıqlar masasına qaytarmaq təklifini irəli sürməklə vaxt qazanmağı və danışıqlarda imitasiya etməyi planlaşdırır. Qarabağ klanı 20 il ərzində Rusiyanın dəstəyi ilə danışıqları imitasiya etdi. Eyni ssenari yenidən başlanır.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Azərbaycanın buna heç vaxt razılıq verməyəcəyini və belə danışıqlara getməyəcəyini yaxşı bilir. Odur ki, bu yolla Qərbə Azərbaycanın danışıqlara hazır olmadığını göstərmək istəyir:

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü gözlənilir. Zənnimcə, erməni tərəfi bu görüşdə separatçıların danışıqlar masasına oturması təklifini irəli sürəcək. Bu da danışıqların nəticəsiz başa çatması deməkdir”.

Siyasi şərhçi onu da bildirib ki, Nikol Paşinyan hazırkı situasiyada real həll variantına söykənən danışıqlardan çəkinir:

“O, Qarabağda Rusiyaya bağlı separatçıları öz adamları ilə əvəzləməyənədək, həmçinin ölkə daxilində müxalifəti zərərsizləşdirməyənə qədər buna getməyəcək. Ötən aylarda buna getdi və hakimiyyətinə təhlükənin real olduğunu gördü. Ona görə də parlament müzakirələrində Qarabağın danışıqlarda tərəf kimi iştirak edəcəyini bildirib. Bununla göstərmək istəyir ki, güzəştə getmək niyyəti yoxdur”.

Politoloq onu da bildirib ki, Nikol Paşinyan Ermənistanda siyasi mövqeyini gücləndirsə, Rusiyanın təzyiqlərini neytrallaşdıra bilsə, ABŞ-ın şərti olaraq “Bolton planı” adlandırılan planına uyğun olaraq işğal altındakı 5 rayonu boşalda bilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər