1 Mart 2019 14:38
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını təhlil edərək bu barədə bəzi statistik rəqəmlər açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 21 fevral 2015-ci il tarixinədək, yəni birinci devalvasiyaya qədər 10 min dollara qədər kredit borcu olan vətəndaşlar həmin tarixə xarici valyutada borcu olan vətəndaşların ümumi sayının 92 faizini təşkil edir:

“Bu günə qədər 17 min manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99 fazini təşkil edir. Bu günə qədər 10 min dollara qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar dollarda vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 95 faizini təşkil edir”.

Deputat qeyd edib ki, bu günə qədər 10 min dollar və və ya 17 min manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir:

“Bu cür kreditlər 830 min fiziki şəxsi əhatə edir. Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var və bu iddiaların həcmi 616 milyon manat həcmindədir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər