İranın Bicar şəhərinin sünni imam cüməsi Mamusta Əbdülsəlam Məhəmmədi Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” klubunda keçirdiyi görüşdə Azərbaycan əleyhinə səsləndirilən şüarla bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, o, “Ararat” klubunda sözügedən plakatın qaldırılmasını qınayıb.
Mamusta Əbdulsəlam Məhəmmədi Azərbaycanın müsəlman əhalisi, xüsusi ilə də Dağlıq Qarabağa yardım edilməsini başda qonşu ölkələr olmaqla hər bir müsəlman cameəsinin vəzifəsi olduğunu deyib:
“İranın Dağlıq Qarabağ müsəlmanlarına edilən zülmə qarşı yumşaq siyasəti düzgün deyil. Bu, bir dini vəzifə kimi iman məsələsidir. Belə zülmlər dünyanın hər yerində siyası baxımından birmənalı şəkildə pislənilməlidir”.
Qeyd edək ki, Nikol Paşinyanın Tehranda erməni icması ilə keçirdiyi görüşdə Azərbaycan əleyhinə “Qarabağ Ermənistanındır, vəssalam” şüari səsləndirilib.
Bu, Azərbaycanda etirazlara səbəb olub.