6 Mart 2019 07:05
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Respublikasına səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Qeyd edək ki, Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər