8 Mart 2019 18:26
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman olduğu kimi fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən və bir sıra fəsadlar törədən zəlzələdən sonra da biz Prezident İlham Əliyevin vətəndaşların yanında olduğunu gördük. Vətəndaş tam arxayındır ki, dövlət və dövlət başçısı istənilən vaxt, istənilən çətinlik zamanı onunladır. Bundan böyük inam ola bilməz. Ən başlıca məsələ budur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Prezident İlham Əliyevin martın 6-7-də Ağsu və Şamaxı rayonlarına səfəri, dövlət başçısının sakinlərlə görüşü, problemlərlə yerində maraqlanması və onların həlli ilə bağlı müvafiq icra orqanlarına verdiyi operativ tapşırıqlarla bağlı fikirlərini bölüşən A.Hüseynov bildirib ki, həmin gün izlədiyimiz kadrlar xalq-iqtidar birliyinin daha nümunəsidir:

“Cənab prezidentin insanlara, vətəndaşlara olan diqqət və qayğısı barədə çox danışmaq, çoxsaylı nümunələr gətirmək olar. Ancaq bugünlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağsu və Şamaxı rayonlarına səfərini məxsusi qeyd etmək istərdim. Onu da bildirim ki, cənab prezident fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələdən dərhal sonra da bu bölgəyə getmişdi. İnsanlar dövlətin onlara hər an yardım olacağını bilir. Burada başlıca tendensiya isə ondan ibarətdir ki, hər bir vətəndaş prezidentin onunla birgə olduğuna əmindir. Belə bir deyim var, dost dar gündə tanınar. Doğrudan da vətəndaşın hər hansı sıxıntısı varsa, cənab prezident ona reaksiya verir. Yeri gəlmişkən qeyd edim ki, problemli kreditlərlə bağlı məsələnin öz həllini tapması da çox ciddi məsələ idi. Dövlət başçısının Şamaxıda Saray nənə ilə ikinci dəfə görüşməsi göstərir ki, cənab prezident xalqla birgədir. Xalqın hər hansı sıxıntısı, yaxud cəmiyyəti narahat edən hər hansı məsələ varsa dövlət başçısı həmin məsələyə reaksiya verir və həlli istiqamətində mühüm addımlar atılır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər