9 Mart 2019 11:27
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ordumuzun cəbhə xəttinə yaxın ərazidə martın 11-dən 15- nə kimi davam edəcək təlimlərinə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika və aviasiya cəlb olunacaq. Hesab edirəm ki, bu geniş miqyaslı hərbi təlimlər Azərbaycan əleyhinə təxribatçı bəyanatlar verən Ermənistan rəhbərliyinə mesajdır”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, İrəvanın danışıqlardan yayınmaq cəhdləri Azərbaycanın hərbi müstəvidə fəallaşmasına gətirir, bu da cəbhədə lokal döyüşlərin başlamasına zəmin yarada bilər:

“Göründüyü kimi, Paşinyan danışıqlar prosesində irəliləyişin olması üçün siyasi iradə göstərə bilmir. Amma Paşinyan da başa düşür ki, Qarabağ münaqişəsi həll olunmadan daxildə sosial-iqtisadi inkişafa təkan verəcək islahatları həyata keçirə bilməyəck.

Hesab edirəm ki, hərbi fəallaşmaya adekvat olaraq, diplomatik hücumları da gücləndirmək lazımdır. Artıq Ermənistan rəhbərliyi ilə danışıqlara təzyiq altında getməlidir. İrəvandan verilən son açıqlamalardan görünür ki, Azərbaycanın son variantı yalnız hərbi təzyiq ssenarisini işə salmaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər