9 Mart 2019 17:34
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən həmişə demişəm ki, ictimai-siyasi sektorda, dövlət orqanlarında çalışmaq üçün qan məsələsinə diqqət yetirilməlidir. Arif və Leyla Yunusları hələ 90-cı illərdə “boğmaq” lazım idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinə və xalqına düşmən kəsilən Leyla Yunus kimi adamların ermənilərin dəyirmanına su tökdüyünü isbat edən daha bir hadisə yaşanıb:

“Bu günlərdə Avropa Parlamentinin binasında ''Ermənifobiya: Tarix və bu günün yenidən aktuallaşan məsələsi'' mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi guya ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması və əzilməsi fikrini aşılamaq olub. Ermənilər burada Leyla Yunusdan sitat gətirərək “arqumentlərini” gücləndirmək istəyiblər: “Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir”'.

Bu fikirlər hər hansı bir erməniyə yox, Leyla Yunusa məxsusdur. O Leyla Yunusa ki, Azərbaycan xalqına qarşı nifrəti heç də ermənilərdən az deyil.

Onun bu xəyanətkar fikirləri ermənilərin Avropa Parlamentində Azərbaycan əleyhinə təşkil etdikləri tədbirdə “arqument” kimi istifadə edilib”.

Zaur Məmmədov qeyd edib ki, “Ermənifobiya: Tarix və bu günün yenindən aktuallaşan məsələsi'' mövzusunda keçirilən görüşdə erməni təmsilçiləri hətta Leyla Yunusun bu sitatını böyük monitorda nümayiş etdiriblər: “Leyla Yunusun fikirləri azərbaycanlıların özünün ermənifobiyanı etiraf etməsi kimi qələmə verilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər