12 Mart 2019 14:45
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi fövqəladə və səlahiyyətli səfir Li Litzenberqerin bu gün etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi ilə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfiriyindən məlumat verilib.

Səfirin adından yayılan açıqlama deyilir:

“ABŞ səfiri olaraq etimadnaməmi Prezident Əliyevə təqdim etməkdən şərəf duyuram. Bizim ölkələrimiz arasında təhlükəsizlik, enerji və iqtisadi əlaqələr, həmçinin demokratiya və idarəetmə məsələləri zəminində qərarlaşan güclü tərəfdaşlıq mövcuddur. Səfir kimi çalışaraq mən ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsinə, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və xalqlarımız arasında əlaqələrin inkişafına yönələn fəaliyyətləri həyata keçirmək niyyətindəyəm”.


Müəllif: Səxavət

Oxşar xəbərlər