14 Mart 2019 23:30
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Prezident xatırladıb ki, ölkələrimiz arasında bir sıra sazişlər imzalanıb. Moldova və Azərbaycan beynəlxalq miqyasda, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edir.

İqor Dodon vurğulayıb ki, Moldovada yeni hökumət formalaşdırılandan sonra Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər.

Əməkdaşlığın inkişaf perspektivlərindən danışan dövlət başçısı deyib ki, Moldovanın regiondakı imkanlarını, eləcə də Avropa İttifaqı və MDB ölkələri ilə azad ticarət haqqında sazişlərə malik olduğunu nəzərə alaraq, bir çox maraqlı layihələr həyata keçirmək mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər