Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.
Real TV-nin verdiyi xəbərə görə, görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.
Görüş martın 29-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq.
Martın 14-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi.