27 Mart 2019 10:35
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək görüşdən əvvəl düşmən tərəfdən atəşkəsin pozulması danışıqlar prosesin qarşısının alınmasına yönəlib”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, düşmən tərəfin bu təxribatı eyni zamanda, qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısının alınmasına da hesablanıb:

“Görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki, ordu tam şəkildə Paşinyana tabe deyil. Qənaətimə görə, erməni ordusu kompromisin əldə olunmasının qarşısını almaq məqsədilə qiyama da əl ata bilər. Bu baxımdan da, hazırkı situasiyada İrəvanla danışıqlar aparmaq nəticə verməyəcək. Erməni ordusunda kök salmış Rusiyanın agentura şəbəkəsi pozuculuq fəaliyətinə əl atıb, Paşinyana qarşı təzyiq edəcək”.

Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyan orduda təmizlik işləri aparmadan, Qarabağdakı Kremlə bağlı separatçı rejimi prosesdən uzaqlaşdırmadan münaqişəi ilə bağlı Qərbin planını reallaşdıra bilməyəcək:

“Hesab edirəm ki, Vyana görüşündə müsbət nəticəyə gətirib çıxaracaq anlaşma olmasa, bundan sonra nəticəsiz danışıqları uzatmağın da mənası olmayacaq. Buna görə də, Azərbaycan görüşdən sonra işğalçını yola gətirmək üçün təzyiqləri artırmalıdır. Bundan əvvəl də bildirmişdim ki, Rusiyayönümlü qüvvələr təxribata əl ata bilər. Bu, özünü doğrultdu. Vyana görüşü ərəfəsində Rusiyaya bağlı olan erməni ordusu təxribata əl ataraq, əsgərimizi şəhid etdi.

Qənaətimə görə, Kreml Paşinyana müstəqil formada danışıqlar aparmasına imkan verməyəcək. Bu vəziyyətdə də, müsbət irəliləyiş gözləməməliyik. İlk növbədə Ermənistan tərəfi buna getməyəcək, çünki ərazilərin boşaldılmasına hazır deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər