“Milli Şura Əli Kərimlinin timsalında Müsavat Partiyasının birgə mitinqlər keçirmək təklifindən imtina edib”.
Teleqraf.com xəbər verir ki, bunu Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli deyib.
Onun sözlərinə görə, Müsavat Divanı aprelin 7-də mitinq keçirmək barədə qərar verib:
“İndi oxudum ki, Milli Şuranın bir neçə saat əvvəl aprelin 6-na mitinq təyin etdiyi barədə xəbər yayılıb.
Bu gün açıqlanan qərarın siyasi etikaya və müxalifətin maraqlarına nə dərəcədə uyğun olub-olmadığını kənara qoyuram, “hüquqlarıdır” deyirəm.
Bunu sadəcə ona görə dedim ki, “niyə bir yerdə keçirmirsiz” sualını verənlər məsələnin nə yerdə olduğunu bilsinlər”.