29 Mart 2019 07:05
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirildi.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər