31 Mart 2019 20:08
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident seçkiləri ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilir. Seçkilər yüksək səviyyədə təşkil olunub, seçki məntəqələrində sakitlik hökm sürür və seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edirlər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynada seçkiləri müşahidə edən Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

“Bütün səviyyələrdə seçkilərin hazırlanması və keçirilməsində seçki komissiyalarının peşəkarlığı hiss olunur”, - deyə MSK sədri əlavə edib.

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün ən vacib şərtlərdən olan sabitlik mövcuddur.

Qeyd edək ki, Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər