2 Aprel 2019 11:06
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Rusiya münasibətlərində “soyuq dönəm” bitdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert son günlərdə ikitərəfli münasibətlərdə baş verən dəyişiklik haqda danışıb: “Soyuqluq bitdi. Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Moskvadakı həmyerlisinin köməyi ilə Baş nazir Nikol Paşinyanın Kremllə münasibətlərini düzəltdi.

İstisna etmirəm ki, anlaşmaya əsasən Paşinyan xarici siyasətdə keçmiş prezident Serj Sərkisyanın siyasətini davam etdirəcək, əvəzində Qarabağla bağlı şimaldan heç bir təzyiqlə üzləşməyəcək.

Düşünürəm ki, 2016-2018-ci illər ərzində Moskva sülhməramlıların bölgədə yerləşdirilməsi əvəzinə bir neçə rayonun qaytarılması üçün Sərkisyanla müəyyən danışıqlara gedirdi. Bu, Cənubi Qafqaz ölkələrinin heç birinin maraqlarına cavab verməyən şərt idi.

Beləliklə strategiya dəyişir. Deməli, taktiki gedişlər üzərində düşünmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər