3 Aprel 2019 09:22
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəsə son bələdiyyə seçkiləri proqnoz və gözləntilərdən fərqli olmadı. Seçkilərdən əvvəl verilən proqnozlar demək olar ki, özünü doğrultdu. Həm də bu seçkilər qardaş ölkədə proseslərin stabil getdiyini göstərdi.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Türkiyədə keçirilən son bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyib.

ADP sədri qeyd edib ki, bələdiyyə seçkiləri artıq Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının mövqeyində durğunluq yarandığını göstərir: “Baxmayaraq ki, AKP stabil partiyadır və Türkiyə çapında ən çox səs toplayan təşkilat oldu, amma iri şəhərlərin əldən verilməsi Ərdoğana ciddi siqnaldır. Fikrimcə, bunu AKP rəhbərliyində təmsil olunan şəxslər də bilir”.

Sərdar Cəlaloğlu hesab edir ki, AKP-nin iri şəhərlərdə CHP-yə məğlub olması gələcək seçkilərə, xüsusilə parlament seçkilərinə ciddi təsir göstərə bilər. Onun fikrincə, son seçkilərdə müxalifət iri şəhərlərdə qələbə əldə etsə də, ümumi fonda müxalif düşərgənin ciddi güclənməsi prosesi görünməyib. Ancaq sözsüz ki, müxalifət müəyyən qədər güclənəcək.

Sərdar Cəlaloğlu əlavə edib ki, indiyə qədər Türkiyədə keçirilən seçkilərdən sonra AKP-yə təbrik teleqramı göndəriblər: “Bu seçkilərdən sonra “Cümhuriyyət İttifaqı”na ADP adından rəsmi təbrik teleqramı göndərməyi planlaşdırırıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər