4 Aprel 2019 09:01
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident seçkilərinin I turu arxada qalıb. Ancaq seçkilərdə kütləvi saxtakarlıq baş verib. Rəsmi olaraq 2 mindən çox saxtakarlıq əməli qeydə alınıb. Bununla paralel olaraq, indiki Prezident Poroşenko II tura çıxa bilib. Ancaq I turda qalib Zelenskidir. Zelenski Poroşenkodan iki dəfə artıq səs toplayıb. İndi Poroşenko rəqibinin bu üstünlüyünü hansı əsaslarla əridə və özünü ikinci dəfə prezident elan edə bilər? Deməli əsas rəqibi və onun seçki komandası II turda Poroşenkonun inzibati resurslarının qarşısını almalıdır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə Ukraynada keçirilən prezident seçkiləri turunun birinci mərhələsini və aprelin 21-də keçiriləcək II tur seçkiləri haqda danışarkən deyib.

Araz Əlizadə qeyd edib ki, Zelenskinin təlxək, aktyor və s kimi təqdim olunması düzgün hərəkət deyil: “Ona qalsa Reyqan haqqında da “istedadsız aktyor” fikirləri deyilirdi. Amma Reyqan ABŞ-ın ən yaxşı prezidentlərindən biri olmağı bacardı. Ukraynada da üzdə olan siyasətçilər arasında ən çox səs toplayan namizəd Zelinski oldu”.

Deputatın fikrincə, Zelinski Poroşenko qədər Ukraynaya zərər vura bilməz: “Poroşenko, Timaşenko, Rinat Axmedov və bir çox siyasətçilər Ukraynanı Avropanın ən yoxsul ölkəsinə çeviriblər. Bu mənada Zelinski ümid ünvanı ola bilər. Mən onun çıxışlarına bir neçə dəfə qulaq asmışam. Hər dəfə gənclərə istinad etməyə çalışır”.

Bununla belə Əlizadə qeyd edib ki, Zelinski II turda prezident seçilsə Mixael Sakaaşvilinin Ukrayna baş naziri postuna gətirilməsi baş verməyəcək: “Mən ümid edirdim ki, Ukrayna həm ərazi, həm də iqtisadi potensial baxımından Avropanın ən gözəl ölkəsinə çevriləcək. Amma ölkəni elə dağıtdılar ki, bunu bərpa etmək mümkün deyil. Təsəvvür edin ki, Roşen fabrikini satacağını elan edər Poroşenko 5 illik prezidentliyi dövründə varidatını 820 faiz artırıb. Bu müddətdə hərbi-sənaye müəssisələrini özəlləşdirib, əmlakını çoxaldıb. Bu mənada rəqibi Poroşenko ilə müqayisədə daha üstün mövqeyə malikdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər