Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Sabirabad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyub.
YAP-dan verilən məlumata görə, bu gün Sabirabad şəhərində Azərbaycanda sosial sahədə uğurla həyata keçirilən islahatlara həsr olunmuş regional müşavirə keçirilir.
Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı müşavirədə iştirak edir./Trend/