8 Aprel 2019 20:05
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 6-9-da Danimarkanın paytaxtı Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) Büro iclası keçirilir.

Büro iclasında Assambleyanın siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacağı bildirilirdi.

Bu gün Büro iclasında Azərbaycan üçün vacib sənəd qəbul olunub

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev az əvvəl tvitter hesabında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda qeyd olunur: "Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün, Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər